Topaz Premyer Liqasının 13-cü turunda "Qəbələ"nin qonağı olacaq "Zirə" matçın hazırlıqlarını davam etdirir.
Sportal.az xəbər verir ki, paytaxt klubu "Bakı" klubunun bazasında hazırlaşır. "Qartallar"ın zədəlisi Vüqar Mustafayev məşqlərə başlayıb. Çempionatın 6-cı turunda “Sumqayıt”la qarşılaşmada (0:1) zədələnən 24 yaşlı yarımmüdafiəçi məşqləri bərpa edib.
"Qəbələ" - "Zirə" matçı dekabrın 2-si, Qəbələ şəhər stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti 17:00-da səslənəcək.