"Qarabağ"a qol vuran oyunçular Avroliqanın rəmzi heyətinə düşdülər

14:35 - 30 Noyabr 2018

Avroliqanın ötən turunun rəmzi heyəti açılanıb.

 

Sportal.az xəbər verir ki, heyətdə səfərdə “Qarabağ”ı 1:6 hesabı ilə məğlub edən “Sportinq” komandasından Bruno Fernandeş və Abdulay Diabi də yer alıb.

 

Qeyd edək ki, hər iki futbolçu da dünənki matçda iki qol vurub.

 

Qapıçı: Tomaş Koubek (Renn);

 

Müdafiəçilər: Mitçel Veyser (Bayer), Zaxar Volkov (BATE), Jül Kounde (Bordo), Andreas Ulmer (Zalsburq);

 

Yarımmüdafiəçilər: Emil Smit Rou (Arsenal), Hakan Çalxanoğlu (Milan), Bruno Fernandeş (Sportinq), Cermayn Lens (Beşiktaş);

 

Hüccumçular: Abdulay Diabi (Sportinq), Kallum Hadson-Odoi (Çelsi).

Xəbər xətti