Libertadores kubokunun finalı "Santyaqo Bernabeu"da

15:18 - 30 Noyabr 2018

Libertadores kubokunun finalının  "River Pleyt" və "Boka Xuniors" arasında keçiriləcək cavab görüşünün vaxtı və yeri müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, bu barədə Cənubi Amerika Futbol Konfederasiyasının rəsmi "Twitter" səhifəsi məlumat yayıb.

 

Argentina klublarının qarşılaşma dekabrın 9-da İspaniyanın paytaxtı Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

“Boka Xuniors” rəhbərliyi isə bu qərarla razı deyil. Onlar rəqibin yarışdan kənarlaşdırılmasını tələb edir. Klub rəhbərliyi əks halda oyuna yollanmayacaqlarını bildirib.

Xatırladaq ki,  komandalar arasında noyabrın 11-də keçirilmiş ilk matçda 2:2 hesabı qeydə alınmışdı.  Noyabrın 24-də keçirilməli olan cavab görüşü isə azarkeşlərin "Boka Xuniors" futbolçularını daşıyan avtobusa hücum etməsi ilə əlaqədar təxirə salınıb.

Xəbər xətti