Bu həftə Topaz Premyer Liqasında XIII turun oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, “Zirə” “Qəbələ”nin qonağı olacaq. Səfərdəki görüş iki komanda arasında Premyer Liqa çərçivəsindəki 14-cü matç olacaq. İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblər indiyədək 13 dəfə qarşılaşıb.
“Qartallar” əvvəlki görüşlərdə 4 qələbə qazanıb. Hesabında 5 heç-heçə olan “Zirə” 4 dəfə məğlubiyyət yaşayıb. Top fərqi isə "Qəbələ"nin xeyrinədir – 15:12.
"Zirə"nin 12 qoluna 9 futbolçu imza atıb. Nelson Bonilya, Viktor İqbekoyi ilə Milan Duriç hərəyə 2 dəfə fərqlənib. Digər 6 oyunçunun hesabında 1 qol var. 7 oyundur meydanı qolsuz tərk etməyən “Zirə” sonuncu dəfə 2016-cı ildə rəqib qapısına yol tapmayıb.
“Qartallar” 7-ci dəfə Qəbələnin eyniadlı təmsilçisinin qonağı olacaq. Əvvəlki 6 səfərdə “Zirə” 1 qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə uduzub. "Qəbələ"nin meydanındakı oyunlardan yalnız birincisində qol sevinci yaşamayan "Zirə" son 5 səfərdə qolsuz qalmayıb.
saytlarin hazirlanmasi