Sənan Qurbanov: "Yaxşı oynadığımızı deyə bilmərəm"

15:35 - 3 Dekabr 2018

“Keşlə” ilə matçda yaxşı oynamışdıq. Bu dəfə komandada bir az boşalma hiss etdim. Çalışdıq bunu aradan qaldıraq. Həmişə qələbədən sonra müsbət məqamları daha da yaxşılaşdırmaq istəyirik".

 

Sportal.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının XIII turunda doğma meydanda "Zirə" ilə heç-heçə etdikləri matçı dəyərləndirərkən deyib. 

 

Gənc çalışdırıcı komandanın əsas qol silahı Ceyms Adeniyinin olmamasının oyunlarına təsir etdiyini bildirib: "Bu matçda yaxşı oynadığımızı deyə bilmərəm. Mübarizə apardıq. Təəssüf ki, real qol vəziyyətimiz olmadı. Ceyms Adeniyinin yoxluğu hiss olundu. Ön xətdə kəsərli hücum yarada bilmədik. Ceymslə Stiven Monrozun anlaşmasının üzərində məşqlərdə də işləyirik və bəhrəsini görmüşük. Bu dəfə Monroz tək qalmışdı".

 

Qurbanov futbolçularında qələbə qazanmaq üçün istək olduğunu, lakin onarlın tələskənlikə yol verdiklərini açıqlayıb: "Oyunun dünən keçirilən hissəsindən narazı qalmışdım. Həmin bölümü analiz etdik. Futbolçulara da çatışmazlıqları göstərdik. Bu gün oyunçularda istək var idi. Amma tələskənlik hiss olunurdu. Futbolçular hücuma çıxanda daha çox tələsirdilər”. 

Xəbər xətti