"Sabah" Ramosun xidmətindən məhrumdur

17:20 - 4 Dekabr 2018

Bu həftə Azərbaycan Kubokunda 1/8 final mərhələsinin görüşləri keçiriləcək.

 

Mübarizəyə bu mərhələdən başlayacaq  “Sabah” səfərdə “Ağsu” ilə üz-üzə gələcək. Baş məşqçi Elşad  Əhmədov bu oyunda Erik Ramosun xidmətindən məhrumdur. Buna səbəb futbolçunun cəzalı olmasıdır. 

 

Ramos "Neftçi"də oynadığı dönəmdə kubok oyununda cəzalı duruma düşüb.  

 

Qeyd edək ki, paraqvaylı futbolçu 2016-cı ildə "Neftçi"dən ayrılıb.

Xəbər xətti