“Qəbələ”dən 18 cavabsız qol

00:57 - 7 Dekabr 2018

“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçiriblər.

 

Sportal.az xəbər verir ki, Gənclər Liqasında çıxış edən U-19 evdə “Neftçi”ni 3:1 hesabı ilə məğlub edib. U-17 səfərdə “Keşlə”dən güclü olub – 1:0. U-16 İsgəndər Cavadov BFA-nı 8:1 hesabı ilə yenib. “Səbail”lə qarşılaşan U-15 də üç xal qazanıb – 2:1.

 

Paytaxt zonasında çıxış edən “Qəbələ”ninU-14 komandası İsgəndər Cavadov BFA-nın qapısından 18 cavabsız top keçirib. U-13 isə “Neftçi” PFK-ya uduzub – 0:3.

 

Şimal-Qərb və Qarabağ regionunun Qəbələdə təşkil olunan matçlarında “Qəbələ” UGİM-i (Yevlax) 9:0, UGİM “Qəbələ” isə UGIM “Rabitəçi”ni (Yevlax) 3:0 hesabı ilə məğlub edib. U-11 Liqasında “Qəbələ” UGİM-ə (Yevlax) 10:1 hesabı ilə qalib gəlib. U-10 Liqasında isə “Qəbələ” UGİM “Qəbələ”dən güclü olub - 9:1. Qızlardan ibarət komanda isə Yüksək Liqada “Fidan” üzərində qələbə qazanıb – 18:0.

Xəbər xətti