"Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının XIV turunda öz meydanında "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, Abasov öncə məğlubiyyətdən danışıb:
- Deyiləsi bir şey yoxdur. Oyunun taleyi ilk hissədə həll olundu. Matça pis başlamadıq. Səhvlər etdik. Hər şey əlimizdən çıxdı. “Qarabağ”a qarşı bu cür səhvlər olursa, onlar bağışlanmır. Bu, bizə dərs olsun. İndi danışmaq çox çətindir. Yaxşı ki, bu məğlubiyyət ilin son oyununda oldu. Təəssüflər olsun ki, pis nəticədir. İki kubok oyunumuz qalıb. Analiz etmək üçün vaxtımız olacaq. Çalışacağıq ki, nələrisə dəyişək.
- Komandanı tərk edəcək futbolçular müəyyənləşib?
- Buna iki kubok matçında sonra adınlıq gələcək.
- Səhv eləmirəmsə, baş məşqçi karyeranız ən böyük hesablı məğlubiyyətinizdir.
- Ola bilər. Futbolçuları etdikləri səhvlərə görə qınamaq lazımdır. Amma burada hər şeyi üzərimdən atıb tamadalıq da etmək istəmirəm. Futbolçu matça çıxanda sanki, öz dünyasındadır. Səhvlər edir və bu da qollara gətirib çıxarıq. Bilmirəm ki, oyunçular qarşılaşma vaxtı nə fikirləşirlər.
- Görüş başa çatandanda sonra əsəbi görünürdünüz. Qurban Qurbanovun da əlini sıxmadınız.
- Əsəbəşmişdim. Rəqib baş məşqçi gərək, üzrlü hesab etsin. Onu qələbəyə görə təbrik edirəm. Futbolçularla sabah danışacağıq. 3-4 nəfərlə ayrı söhbətimiz olacaq.
saytlarin hazirlanmasi