Ayxan Abbasov: "Bir xal qazanmaq bizim üçün uğurdur"

21:52 - 9 Dekabr 2018

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının XIV turunda səfərdə “Neftçi” ilə 0-0 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, Abbasov öncə matçla bağlı danışıb:

 

- Çempionatın son oyunu idi, xal qazanmaq istəyirdik. Futbolçularıımız əzmkarlıq göstərdilər. Futbolçularımdan razıyam, istədiyim kimi hazırlaşırlar. Bir xal qazanmaq bizim üçün uğurdur. Qışdan sonra çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. “Neftçi”ni analiz etmişdik, üstünlükləri var. İlk dəqiqələrdəki imkanlarımızdan istifadə edə bilərdik, lakin alınmadı.

 

- Son dəqiqələrdə meydançada neçə müdafiəçi var idi?

- Son dəqiqədə sistemi dəyişdik. İstədik ki, cinahdakı futbolçular da müdafiəyə kömək etsinlər. Meydanda 6 müdafiəçi ilə də oynayırdıq. Futbolçularımın əziyyətini boşa vermək istəmirdim. Raili meydana buraxdıq və komandamızı real qoldan xilas etdi. Buna görə də düzgün dəyişiklik etdiyimizi düşünürəm.

Xəbər xətti