AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda keçiriləcək Xorvatiya - Azərbaycan oyununun keçiriləcəyi stadion müəyyənləşib.
Sportal.az xəbər verir ki, qarşılaşma Zaqrebdə yerləşən "Maksimir" stadionunda baş tutacaq. Bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu gələn ilin martın 21-də baş tutacaq. Matçın start fiti 23:45-də səslənəcək.
saytlarin hazirlanmasi