“Qəbələ”dən 5 cavabsız qol

00:35 - 12 Dekabr 2018

“Qəbələ” futbol akademiyasının komandaları AFFA-nın təşkil etdiyi liqalarda növbəti oyunlarını keçirib.

 

Sportal.az xəbər verir ki, Gənclər Liqasında çıxış edən U-19 səfərdə “Zirə”yə qalib gəlib - 2:1. “Neftçi”ni PFK qəbul edən U-17 isə 1:3 hesabı ilə uduzub. “Viləş”lə səfər oyununa çıxan U-16 böyükhesablı qələbə əldə edib – 5:0. Evdə “Sabah”la qarşılaşan U-15-in görüşü qolsuz başa çatıb.

 

“Qəbələ”nin iki komandası paytaxt zonasında qüvvəsini sınayıb. U-14 “Zirə”ni 2:0 hesabı ilə məğlub edibsə, U-13 “Neftçi” İK İB ilə heç-heçə edib - 2:2.

 

Klubun aşağı yaş qrupları üzrə komandaları isə Şimal-Qərb və Qarabağ zonasının Qəbələdəki oyunlarında iştirak edib. U-12 Liqasında “Qəbələ” UGIM “Rabitəçi”ni (Yevlax) 5:0 hesabı ilə yenib. UGİM-lə (Yevlax) qarşılaşan UGİM “Qəbələ” meydandan xalsız ayrılıb – 0:3. U-11 komandası UGİM “Rabitəçi” (Yevlax) üzərində 3:2 hesablı qələbə qazanıb. U-10 Liqasında “Qəbələ”nin hər iki təmsilçisi qələbə əldə edib. UGİM “Qəbələ” UGİM “Rabitəçi”ni (Yevlax) 3:1, “Qəbələ” UGİM-i (Yevlax) 10:1 hesablı məğlubiyyətə uğradıb.

 

Qızlardan ibarət komanda isə Yüksək Liqada “Qubek”ə (Balakən) uduzub – 0:2.

Xəbər xətti