İki futbolçu millinin düşərgəsini tərk etdi

16:14 - 17 Dekabr 2018

Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib.

 

Sportal.az xəbər verir ki, “Sabah” klubunun üzvləri olan Şakir Seyidov və Emil Qasımov milli komandadan ayrılıblar.

 

Onlar “Sabah”ın Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu ilə əlaqədar icazə alaraq, toplanışı erkən tərk ediblər.

Xəbər xətti