Fabreqasa daha bir elçi

12:13 - 21 Dekabr 2018

Qış fasiləsində "Çelsi"dən ayrılacağı gözlənilən Sesk Fabreqasla bir neçə klub maraqlanır.

 

Sportal.az xəbər verir ki, "Qalatasaray"la "Milan"ın yaxından maraqlanığı futbolçunu Fransa I Liqasında çətin günlər yaşayan "Monako" da transfer etmək istəyir. Bu barədə "France Football" məlumat yayıb. Məlumata görə, "knyazlıq klubu"nun baş məşqçisi Tyerri Anri Fabreqasın komandanı gücləndirəcək potensial gördüyü üçün rəhbərlikdən bu transferi tələb edib. Bu səbəbdən də "Monako" ispan yarımmüdafiəçi üçün rəsmi təklif ünvanlayacaq.

 

Qeyd edək ki, 31 yaşlı futbolçu cari mövsüm 4 oyun meydanda olub. Onun müqaviləsi mövsümün sonunda başa çatır.

Xəbər xətti