"Federasiyaya rəhbərlik etdiyim ilk dövrlərdə ev oyunlarını Split şəhərində keçirirdik. Biz həmişə orada oynamaq istəmişik".
Sportal.az saytının məlumatına görə, bu sözləri Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker deyib.
Federasiya rəhbəri keçirdiyi mətbuat konfransında AÇ-2020-nin seçmə mərhələsində ev oyunlarının keçiriləcəyi şəhərlərin adlarını açıqlayıb. O, yığmamızla oyunun paytaxt Zaqrebə salınmasına aydınlıq gətirib: "Split və Dalmaçiyanın sakinlərinin millinin oyunlarına maraq göstərdiyini görmüşük. Bu ideya mənə məxsus idi və müəyyən məqamlara əsaslanırdı. Lakin birdən-birə qəti qərar vermək olmaz. Məhz buna görə Azərbaycanla oyunun paytaxt Zaqrebdə keçirilməsinə qərar verdik. Azərbaycandan başqa daha 3 oyunumuz olacaq. Bu matçları Rieka, Pula və Osiyev şəhərlərində keçirməyi planlaşdırırıq. Digər variantlar da gündəmdədir".
Qeyd edək ki, Xorvartiya - Azərbaycan oyunu martın 21-də "Maksimir" stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi