“Qəbələ”nin Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində növbəti rəqibinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Macarıstanın “MTK Budapeşt” komandası ilə üz-üzə gələcək.
Budapeşt təmsilçisi Antalya toplanışı çərçivəsində 5 yoxlama görüşü keçirəcək və onlardan ikisi Azərbaycan təmsilçiləri olacaq. Komanda yanvarında 19-da “Sabah”, 26-da “Qəbələ” ilə qarşılaşacaq.
Qeyd edək ki, yanvarın 13-dən 27-dək Antalyada qalacaq “Qəbələ” ayın 16-da Almaniyanın “Meppen”, 24-də isə Rusiyanın “Fakel” klubları ilə münasibətlərinə aydınlıq gətirəcək.
saytlarin hazirlanmasi