“Qəbələ” sabah mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək.
Sportal.az xəbər verir ki, Azərbaycan kubokunun 2018-ci il dekabrın 20-də keçirilən 1/4 final mərhələsinin cavab oyunundan sonra istirahətə buraxılan “qırmızı-qaralar” Bakıda bir araya gələcək.
16 günlük fasilədən sonra toplaşacaq komanda “Bakı” FK-nın təlim-məşq bazasında yığışacaq. Sənan Qurbanovun yetirmələrinin bu il keçirəcəyi ilk məşq günün ikinci yarısına təsadüf edəcək. Saat 17:00-da başlayacaq məşq prosesi ilə mövsümün ikinci yarısına hazırlığın ilk mərhələsi start götürəcək.
“Qəbələ” yanvarın 13-dək paytaxtda hazırlıq keçəcək. Mövsümün ikinci yarısına hazırlığın növbəti mərhələsi Türkiyədə gerçəkləşəcək. “Qırmızı-qaralar” yanvarın 27-dək Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Komanda Lara bölgəsindəki “Trendi otel”də məskunlaşacaq. “Qəbələ” Türkiyə toplanışı müddətində 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
saytlarin hazirlanmasi