Robinyonu rənglərinə bağlayan "Başakşəhər" daha bir transfer reallaşıdırıb.
Sportal.az xəbər verir ki, Super Liqanın lideri Moskva "Spartak"ından ayrılan Sərdar Taşçını transfer edib. Türkiyə əsilli almaniyalı müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Ştutqart"ın yetirməsi olan 31 yaşlı futbolçu "Spartak" və "Bayern" klublarında da çıxış edib. Taşçı 2008-2010-cu illərdə Almaniyanın əsas millisinin şərəfini qoruyub.
saytlarin hazirlanmasi