"Trabzonspor"dan Burak Yılmazı heyətinə qatan "Beşiktaş" daha bir transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, İstanbul klubu PSV-nin müdafiəçisi Nikolya İzima-Mireni rənglərinə bağlayıb. "Qara qartallar" fransız stopper üçün 300 min avrosundan keçib. Nikolya ilə 3,5 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, 27 yaşlı müdafiəçi "Valensyen" və "Monako" klublarında da çıxış edib.
saytlarin hazirlanmasi