Şenol Günəş millimizin iki üzvünü "Beşiktaş"ın əsas komandasına dəvət etdi

15:30 - 7 Yanvar 2019

"Beşiktaş" Antalyada təlim-məşq toplanışına başlayıb.

 

Sportal.az xəbər verir ki, heyətdə Azərbaycanın aşağı yaş millilərində forma geyinən iki futbolçu da yer alıb. Bunlar müdafiəçilər Ege Atlam və Hüseyin Seyliğlidı. Baş məşqçi Şenol Günəş hər iki oyunçunu "Beşiktaş"ın əsas komandasına cəlb edib.

 

Hər iki oyunçu 2016-cı ildə U-17 milliləri arasında Bakıda keçirilən Avropa çempionatında millinin formasını geyinib. Seyliğli son olaraq 2018-ci ilin noyabrında Ukrayna, Bosniya və Herseqovina ilə yoldaşlıq matçları üçün U-21 yığmasına çağırılıb. Atlam isə 2017-ci ilin U-19 millisində yanvarında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə keçirilmiş beynəlxalq turnirə aparılıb.

Xəbər xətti