“Sumqayıt”ın əsas heyəti ilə yanaşı əvəzediciləri də növbəti dövrənin hazırlıqlarına başlayıb.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Elbrus Məmmədovun yetirmələri bu gün “Kapital Bank Arena”nın köməkçi meydançasında ilin ilk məşqini keçirib. Əsas komandanın düşərgəsində olan futbolçular məşqdə iştirak etməyib. Bundan başqa, akadmeiyanln bir neçə futbolçusu da əsas komanda ilə birlikdə çalışıb.
1 ay davam edəcək olan təlim-məşq toplanışı çərçivəsində “Sumqayıt-2” 5 yoxlama oyunu keçirməyi də planlaşdırır.
Qeyd edək ki, "Sumqayıt-2" I Divizionda liderdir.
saytlarin hazirlanmasi