Almaniya Bundesliqa təmsilçisi "Volfsburq" Rişedli Bazuru icarəyə verib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, hollandiyalı futbolçu karyerasını vətənində davam etdirəcək. 22 yaşlı yarımmüdafiəçi Eredviziya təmsilçisi "Utrext"ə mövsümün sonuna kimi icarəyə verilib.
Qeyd edək ki, Hollandiya millisinin üzvü Bazuru ötən yay "Ayaks"dan 12 milyon avroya transfer etmişdi.
saytlarin hazirlanmasi