"Liverpul" futbolçusunu icarəyə verdi

11:38 - 8 Yanvar 2019

"Liverpul" gənc yarımmüdafiəçisi Ovi Ejariyanı icarəyə verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Çempionşip təmsilçisi "Ridinq"lə anlaşıb. İngiltərənin U-21 millisinin üzvü mövsümün sonuna kimi "ağ-göylər"də çıxış edəcək.

 

Qeyd edək ki, "Liverpul"da iki oyun keçirən Ejariya "Sanderlend" və "Reyncers" klublarında da icarə əsasında çıxış edib.

Xəbər xətti