“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” serbiyalı Miloş Yevtiçlə yollarını ayırıb.
Yevtiç 2018-ci ilin iyulundan komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirirdi.
Qeyd edək ki, serbiyalı mütəxəssis karyerasını Qazaxıstanın "Ordabası" klubunda davam etdirəcək. O, uzun müddət birgə çalışdığı Kaxaber Sxadadzeylə işləyəcək.
saytlarin hazirlanmasi