Türkiyə I Liqa təmsilçisi "Dənizlispor" "Qəbələ"nin futbolçusu Lalavele Atakoryla maraqlanır.
Sportal.az "denizlisporhaber.com"a istinadən xəbər verir ki, 28 yaşlı futbolçu Türkiyəyə qayıtmağa müsbət yanaşır. Hücumçu və müdafiəçi transferini tamamlayan "ağ-yaşıllar" toqolu yarımmüdafiəçnin keçidi üçün təmasa keçib. Xəbərdə transferin an məsələsi olduğu da qeyd edilib.
Qeyd edək ki, Atakora ötən yayda "Qəbələ" ilə 1+1 illik müqavilə imzalamışdı. Toqo millisinin üzvü Türkiyədə "Balıkesirspor" və "Adana Dəmirspor" klublarının formasını geyinib.
saytlarin hazirlanmasi