"Dənizlispor" rəsmisindən "Qəbələ"nin futbolçusu ilə bağlı açıqlama

16:36 - 10 Yanvar 2019

Türkiyə I Liqa təmsilçisi "Dənizlispor" "Qəbələ"nin futbolçusu Lalavele Atakoryla maraqlandığı barədə iddia ortaya atılmışdı.

 

Sportal.az xəbər verir ki, klubun vitse-prezidenti Ali Fırat açıqlamasında 28 yaşlı futbolçu ilə maraqlanmadıqlarını bəyan edib. Klub rəsmisi toqolu yarımmüdafiəçi üçün "Qəbələ"yə təklif göndərmədiklərini bildirib.

 

Qeyd edək ki, Atakora ötən yayda "Qəbələ" ilə 1+1 illik müqavilə imzalamışdı. Toqo millisinin üzvü Türkiyədə "Balıkesirspor" və "Adana Dəmirspor" klublarının formasını geyinib.

Xəbər xətti