"Qəbələ" Antalyada ilk məşqə çıxdı

09:02 - 14 Yanvar 2019

2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirmək üçün bu gün Türkiyəyə yollanan “Qəbələ” Antalya toplanışına start verib.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” qonşu ölkədəki hazırlıq prosesinin ilk günündə bir məşqlə kifayətləniblər. Hazırlıq günün ikinci yarısına təsadüf edib.

 

Komanda fitnes zalda çalışıb. Futbolçular fiziki təmrinləri yerinə yetiriblər.

Xəbər xətti