"Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlıqları davam etdirir.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “qırmızı-qaralar” hazırlıq prosesinin ikinci gününü arxada qoyub.
Komanda günü iki məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçirilən məşq prosesləri toplu və topsuz çalışmalardan ibarət olub.
“Qaradağ Lökbatan”la yanvarın 12-də Bakıda keçirilən yoxlama oyununda zədələnən Ceyms Adeniyi fərdi hazırlıq keçib. Onun iki günə kollektiv çalışmalara qatılacağı gözlənilir.
saytlarin hazirlanmasi