"Borussiya" 19 yaşlı futbolçunu transfer etdi

11:23 - 15 Yanvar 2019

Dortmund "Borussiya"sı müdafiəçi transferi reallaşdırıb.

 

Sportal.az xəbər verir ki, Bundesliqanın lideri "Boka Xuniors"un stopperi Leonardo Balerdini transfer edib. 19 yaşlı futbolçu ilə uzunmüddətli sözləşmə imzalanıb. Bu keçid üçün "Birussiya" 15 milyon avrosundan keçib. Müqavilədə 2 milyon avroluq bonus bəndi də yer alıb.

 

Qeyd edək ki, argentinalı futbolçu "Boka Xuniors" yetirməsidir.

Xəbər xətti