Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün ilk yoxlama matçını keçirib.
Sportal.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi dünən əlverişsiz hava şəraitinə görə təxirə salınmış oyunda Qazaxıstanın "Jetisu" klubu ilə qarşılaşıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
"Sumqayıt" Antalyada bundan başqa, daha 3 yoxlama oyunu keçirəcək. "Kimyaçılar" yanvarın 19-da Bosniya və Herseqovinanın "Çelik", 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubu ilə üz-üzə gələcək.
Yoxlama oyunu
16 yanvar
13:00. Sumqayıt - Jetisu (Qazaxıstan) - 1:1
Qollar: Ülvi İsgəndərov, 50 - Oljas Kərimcanov
"Sumqayıt"ın start heyəti: 1. Mehti Cənətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Adil Nağıyev, 10. Aleksey İsayev, 11. Atilla Yıldırım, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 77. Murad Xaçayev, 99. Əli Babayev
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli, 13. Aydın Bayramov, 7. Cavid Tağıyev, 9. Ehtiram Şahverdiyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 25. Baxşəli Baxşəliyev, 60. Elvini Məmmədov, 70. Ülvi İsgəndərov, 97. Xəyal Nəcəfov.