19 yaşadək futbolçulardan ibarət milllimiz Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə yanvarın 19-dan 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.
Sportal.az xəbər verir ki, hazırlıq zamanı 4 yoxlama oyunu keçirəcək yığmamız yanvarın 21-də, 24-də, 27-də və 30-da müvafiq olaraq “Krasnodar-3” (Rusiya), Küveyt U-19, “Tromso” (Norveç) və “Dinamo-2” (Rusiya) komandaları ilə qarşılaşacaq. Vüqar Məmmədin baş məşqçisi olduğu kollektiv Antalyaya 24 futbolçu ilə yollanacaq:
Sərhad Daşdəmir (“Fylde”, İngiltərə), Kamran Quliyev (“Yonova”, Litva), Musa Qurbanlı, Nicat Mehbaliyev, İbrahim Hüseynov, Zamiq Əliyev, Rauf Hüseynli, Tural Bayramov (hamısı “Qarabağ”), Elvin Talıbov (“Qarabağ” F), Xəyal Muradov, Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı, Samir Qurbanov (hamısı “Qəbələ”), Nail Alışov, Turan Vəlizadə, Vüsal Əsgərov, Ismayıl Zülfüqarlı (hamısı “Neftçi”), Şakir Seyidov (“Sabah”), Murad Məmmədov (“Səbail”), Ruslan Qəribov (“Sokol”, Saratov, Rusiya), Elnur İbrahimov (“Spartak-2”, Moskva, Rusiya), Rüstəm Samuqullin (“Stroqino”, Moskva, Rusiya), Rüfət Abdullazadə(“Sumqayıt”).
saytlarin hazirlanmasi