“Qış təlim-məşq toplanışının Bakıda təşkil olunan mərhələsinin ilk günlərində əsasən fiziki hazırlığa üstünlük verdik. Hesab edirəm ki, bu proses normal keçdi. Artıq gücümüzü bərpa etmişik. Antalyada isə daha çox oyun praktikası qazanmağa çalışırıq".
Sportal.az xəbər verir ki, bu sözləri Türkiyənin Antalya şəhərində təlim-məşq olan "Qəbələ"nin kapitanı Cavid Hüseynov deyib. 30 yaşlı yarımmüdafiəçi toplanış barədə fikirlərini klubun rəsmi saytına bölüşüb: "Üç gündən bir oyun keçirəcəyik. Artıq ilk matç baş tutub. Bakıdakı görüşü saymasaq, bu qarşılaşma istirahətdən sonra ilk matçımız idi. Zədəli Stiven Monrozla Ceyms Adeniyi də oynamırdı. Ümumilikdə matçı normal qiymətləndirmək olar. Əsas bundan sonrakı qarşılaşmalardır. Həm oyunu, həm də nəticəni yaxşılaşdırmalıyıq”.
Hüseynov kollektivdə əhval-ruhiyyənin yaxşı olduğunu vurğulayıb: “Hər şey yaxşıdır. Komandada yüksək əhval-ruhiyyə hökm sürür və səylə çalışırıq. Hazırlıqla bağlı hər hansı problem yoxdur. Oyundan oyuna artırmağın üzərində çalışmalıyıq ki, mövsümün ikinci yarısının startına tam hazır olaq”.
saytlarin hazirlanmasi