"Sumqayıt"ın oyununun vaxtı və məkanı dəyişdirildi

12:41 - 19 Yanvar 2019

Bu gün Antalyada oynanılmalı olan "Sumqayıt" - "Çelik" (Bosniya və Herseqovina) qarşılaşmasının keçiriləcəyi məkan və başlama saatı dəyişdirilib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, matç IC Santai otelinin stadionunda yerli vaxtla saat 15:00-da (Bakı vaxtı ilə 16:00) keçiriləcək.

 

Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama görüşündə Qazaxıstanın "Jetisu" klubu ilə 1:1 hesablı heç-heçə edib.

Xəbər xətti