"Sumqayıt"ın oyunu ləğv edildi

16:45 - 19 Yanvar 2019

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt”ın bu gün Bosniya və Herseqovinanın "Çelik" klubuna qarşı nəzərdə tutulan yoxlama oyunu ləğv olunub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, buna rəqib komandanın son anda meydana çıxmaqdan imtina etməsi səbəb olub.

 

Qeyd edək ki, "Sumqayıt" ilk sınaq matçında  Qazaxıstan təmsilçisi “Jetısu” ilə heç-heçə edib – 1:1. "Gənclik şəhəri" təmsilçisi yanvarın 22-də Makedoniyanın "Vardar", 26-da isə Serbiyanın "Zemun" klubları ilə qarşılaşacaq.

Xəbər xətti