"Qəbələ" günü bir məşqlə tamamladı

22:05 - 19 Yanvar 2019

“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısına hazırlıqları davam etdirir.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 7-ci gününü başa vurub. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda günü bir məşqlə tamamlayıb. Hazırlıq prosesi günün ikinci yarısında gerçəkləşib. Futbolçular əsasən toplu çalışmaları icra ediblər.

 

Qeyd edək ki, "Qəbələ" sabah Rusiya Premyer Liqa təmsilçisi "Yenisey"lə yoxlama oyunu keçirəcək.

 

Xəbər xətti