Antalyada təlim-məşq toplanışında olan “Zirə”nin hazırlıq planında dəyişiklik olub.
Sportal.az xəbər verir ki, paytaxt klubu əvvəlcədən nəzərdə tutulduğu kimi, yanvarın 23-də “Vorlska” (Ukrayna), 26-da isə “Şkupi”yə (Makedoniya) qarşı yox, müvafiq olaraq ayın 22-də “Paksi” (Macarıstan) və 4 gün sonra isə “Tambov”a (Rusiya) qarşı oynayacaq.
Matçların keçirilmə saatı və məkanı ilə bağlı ətraflı məlumat veriləcək.