"Qəbələ" günü bir məşqlə başa vurdu

23:12 - 21 Yanvar 2019

“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

 

Sportal.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 9-cu gününü başa vurub. Şimal klubu günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ilk yarısına təsadüf edib.

 

Yanvarın 20-də Rusiyanın “Yenisey” klubu ilə yoxlama oyunu (2:2) keçirən “qırmızı-qaralar” bu gün bərpaedici məşqlə kifayətləniblər.

 

Xəbər xətti