Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” bu gün yağışlı havaya rəğmən səhər məşqini keçirib.
Sportal.az xəbər verir ki, ilk hissəsi fiziki göstəricilərin artırılmasına hesablanmış hazırlıq mərhələsi daha sonra topla müxtəlif hərəkətlər və taktiki gedişlər üzərində çalışma ilə davam edib. 1.5 saat davam edən məşqə ikitərəfli oyunla yekun vurulub.
Ayxan Abbasovun yetirmələri günə axşam saatlarında fitness məşqi ilə yekun vurub.
Qeyd edək ki, “Sumqayıt” sabah Antalyada növbəti yoxlama oyununu keçirəcək. Komanda Makedoniya təmsilçisi “Vardar”la qarşılaşacaq.
saytlarin hazirlanmasi