AFFA-dan Mustafa Reşit Akçay açıqlaması

10:34 - 22 Yanvar 2019

AFFA-nın baş katibi Elxan Məmmədov millinin baş məşqçi postuna Mustafa Reşit Akçayın təyin olunmasına dair iddialara münasibət bildirib. 

 

Sportal.az xəbər verir ki, Məmmədov "report"a açıqlamasında bunu agentlərin ortaya atdığı şayiə adlandırıb.

 

Onun sözlərinə görə, türkiyəli mütəxəssislə heç bir danışıq aparılmayıb: "Onunla nəinki anlaşmışıq, heç danışıq da aparmamışıq. Hətta belə bir şəxs bizə təklif olunmayıb. Bu, müxtəlif agentlər tərəfindən ortaya atılmış spekulyasiyalardır". 

 

Azərbaycan millisinin türkiyəli Mustafa Reşit Akçaya tapşırıldığına dair xəbəri "Fanatik" nəşri yayıb.

 

60 yaşlı mütəxəssisin son klubu 2018-ci ilin noyabrında zəif nəticələrlə əlaqədar yollarını ayırdığı "Osmanlıspor" olub.

 

O, "Gümüşhanespor", "Pazarspor", "Arsinspor", "Ofspor", "Beylerbeyi", "Tavşanlı", "1461 Trabzonspor", "Trabzonspor", "Akhisar Belediyespor" və "Konyaspor"da da çalışıb.

Xəbər xətti