Adı millimizlə hallanan bolqarıstanlı baş məşqçidən AÇIQLAMA

12:54 - 22 Yanvar 2019

Qazaxıstan millisindən ayrılan bolqarıstanlı baş məşqçi Stanimir Stoilov Azərbaycan yığma komandasının "sükanı arxası"na keçəcəyi barədə dedi-qoduara münasibət bildirib.

 

Sportal.az "vesti.kz" saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis hazırda bu variantın mümkün olmadığını vurğulayıb: "Haqqımda çıxan xəbərlərin çoxunu oxumuşam. Qazaxıstanda işləyə biləcəyim çox az yer var. Məşqçi peşəkarlığını göstərib, öz töhfəni verə biləcəyin iki lider klub var. İndiki durumda qalanları ciddi deyil. İnsanlar əmək haqlarını müzakirə etməyi sevir. Əlbəttə, insanlar digərlərinin məvaciblərini hesablamağı sevir. Ancaq pul bu an mənim üçün əsas deyil. Azərbaycan millisində çalışmaq planlarımda yoxdur. Ancaq 5-10 il sonra nələrin baş verəcəyini deyə bilmərik".

 

Qeyd edək ki, Stoilov “Levski”, “Liteks”, “Anartosis”, "Botev", "Astana" klubları ilə yanaşı, Bolqarıstan və Qazaxıstan millilərində də baş məşqçi olub.

Xəbər xətti