Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoxlama oyunu keçirib.
Sportal.az xəbər verir ki, millimiz Rusiyanın “Krasnodar-3” komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Sərhad Daşdəmir fərqlənib.
U-19 hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 24-də Küveytin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.
Yoxlama görüşü
22 yanvar
Azərbaycan (U-19) - "Krasnodar-3" (Rusiya) - 1:1
Qol: Sərhad Daşdəmir
Azərbaycan: 1. Nicat Mehbalıyev (k), 4. İbrahim Hüseynov, 5. Rüfət Hüseynli, 26. Xəyal Muradov, 15. Vüsal Məsimov, 8. Şakir Seyidov, 7. Turan Vəlizadə, 24. Tural Bayramov, 11. İsmayıl Zülfüqarlı, 10. Kamran Quliyev, 9. Musa Qurbanlı
Ehtiyat oyunçular: 12. Nail Alışov, 22. Rüstəm Samuqullin, 14. Elnur İbrahimov, 21. Zamiq Əliyev, 2. Rüstəm Nuriyev, 3. Murad Məmmədov, 13. Ruslan Qəribov, 6. İdris İnqilablı, 23. Rüfət Abdullazadə, 19. Vüsal Əsgərov, 17. Samir Qurbanov, 16. Elvin Talıbov, 18. Sərhad Daşdəmir
saytlarin hazirlanmasi