"Neftçi"nin futbolçusu millini tərk etdi

17:28 - 22 Yanvar 2019

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib. 

 

Sportal.az xəbər verir ki, “Neftçi”də dəvət edilən qapıçı Kamran İbrahimov hazırlıq prosesində iştirak etməyəcək. Aqil Məmmədov zədələndiyinə görə “ağ-qaralar”ın rəhbərliyi millinin baş məşqçisindən İbrahimovun toplanışdan azad edilməsini xahiş edib.

 

Qeyd edək ki, U-21 toplanış çərçivəsində yanvarın 24-də, Bakı vaxtı ilə saat 12:00-da (Türkiyə vaxtı ilə 11:00-da) “Spartak-2” komandası ilə yoxlama oyunu keçirəcək. 

Xəbər xətti