"Qəbələ" günü bir məşqlə başa vurdu

00:32 - 24 Yanvar 2019

“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir.

 

Sportal.az klubun saytına istinadən, "qırmızı-qaralar” Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının 11-ci gününü başa vurub.

 

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda günü bir məşqlə yekunlaşdırıb. Hazırlıq prosesi günün ikinci yarısına təsadüf edib. Meydançada keçirilən məşq əsasən toplu çalışmalardan ibarət olub.

Xəbər xətti