Antalyada təlim-məşq toplanışında olan “Qəbələ”nin Rusiyanın"Fakel" klubu ilə keçirilməsi planlaşdırılan matç ləğv edilib.
Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, "qırmızı qaralar"ın I Divizionun təmsilçisiylə oyunu əlverişsiz hava şəraitinə görə baş tutmayacaq.
Qeyd edək ki, “Qəbələ” bunadək Almaniyanın “Meppen” (1:2) və Rusiyanın “Yenisey” (2:2) klubları ilə qarşılaşıb. Əyalət təmsilçisi son yoxlama matçını yanvarın 26-da Macarıstanın "MTK Budapeşt" klubuna qarşı keçirəcək.
saytlarin hazirlanmasi