Media nümayəndələri arasında futtennis üzrə turnir

00:42 - 25 Yanvar 2019

Azərbaycan Futnet Federasiyasının 2019-cu il təqvim-idman planına müvafiq olaraq media nümayəndələri arasında futtennis üzrə turnir keçiriləcək.

 

Bu idman növünün Azərbaycanda populyarlaşdırılması məqsədilə ölkəmizdə ilk dəfə təşkil olunacaq turnirə bütün media nümayəndələri dəvətlidir. 

 

Turnir 2019-cu il fevralın 10-da “Marafon” İdman Klubunda keçiriləcək. 

 

Hər komandanın heyətində ən azı 3 nəfər olmalıdır. 

 

Turnirin qaliblərinə kubok, medallar, federasiyanın diplom və mükafatları təqdim olunacaq.

 

Yarışda iştirak etmək istəyən hər komanda 30 yanvar tarixinədək Federasiya ilə əlaqə saxlaya bilər:

 

Tel: +994 70 773 09 09; +994 77 399 29 99

Xəbər xətti