Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Sumqayıt" bu gün bir məşqlə kifayətlənib.
Sportal.az xəbər verir ki, Ayxan Abbasovun yetirmələri əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq fitness zalında hazırlaşıb. Təxminən 1 saat davam edən məşqdə müxtəlif hərəkətlər yerinə yetirilib.
Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi sabah 1 məşqlə günə yekun vuracaq.
saytlarin hazirlanmasi