"Borussiya" hücumçusunu icarəyə verdi

15:23 - 25 Yanvar 2019

Almaniya Bundesliqasında çıxış edən "Borussiya" gənc hücumçusu Aleksander İsakı icarəyə verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 19 yaşlı forvard Hollandiyada oynayacaq. İsveç millisinin üzvü Erediviziya təmsilçisi "Villem II"yə mövsümün sonuna qədər icarəyə verilib.

 

Qeyd edək ki, Dortmund təmsilçisi Eritreya əsilli hücumçunu 2017-ci ildə AİK-dən 8,6 milyon avroya alıb.

Xəbər xətti