“Çelsi” müdafiəçisi Mett Miazqanı icarəyə verib.
Sportal.az klubun saytına istinadən xəbər verir ki, ABŞ millisinin üzvü İngiltərə Çempionşip təmsilçisi “Ridinq”lə müqavilə imzalayıb. 23 yaşlı futbolçu "ağ-göylər"də mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Miazqa “Çelsi”yə 2016-cı ildə ABŞ-ın “Nyu York Red Bullz” klubundan 3,5 milyon funt-sterlinqə transfer edilib. O, daha öncə Hollandiyanın “Vitess II” və Fransanın "Nant" klublarına icarəyə verilib.
saytlarin hazirlanmasi