Uruqvay millisinin üzvü yenidən "Yuventus"da

15:25 - 26 Yanvar 2019

"Yuventus" müdafiə xəttinə yeni oyunçu alıb.

 

Sportal.az "Football Italia"ya xəbər verir ki, A Seriya təmsilçisi "Latsio"da çıxış edən Martin Kaseresi rənglərinə bağlayıb. Uruqvaylı cinah müdafiəçisi "ağ-qaralar"da mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. "Qoca sinyora" 31 yaşlı futbolçunun keçidi üçün 600 min avro ödəyib.

 

Qeyd edək ki, bu, Kaseresin "Yuventus"a 3-cü keçididir.

Xəbər xətti