"Sumqayıt"ın "Qəbələ" ilə oyuna hazırlıq planı bəlli oldu

09:53 - 28 Yanvar 2019

"Sumqayıt"ın Topaz Premyer Liqasının XV turuna hazırlıq planı müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan sumqayıtlılar Antalya toplanışını başa vuraraq vətənə qayıdıb.

 

Komanda iki günlük istirahətdən sonra bir araya gələcək. "Gənclik şəhəri” təmsilçisi yanvarın 29-dan etibarən XV turda baş tutacaq "Qəbələ" ilə oyunun hazırlıqlarına start verəcək.

 

Qeyd edək ki, "Sumqayıt” fevralın 3-də səfərdə "Qəbələ”nin qonağı olacaq.

Xəbər xətti