"Qəbələ"nin sabiq futbolçusu üçün 300 min avro ödənildi

17:08 - 28 Yanvar 2019

"Qəbələ"nin sabiq futbolçusu Deyv Bultuis karyerasını Cənubi Koreyada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, elita təmsilçisi "Ulsan" Hollandiyanın "Herenven" klubunda çıxış edən cinah müdafiəçisini rənglərinə bağlayıb. Asiya təmsilçisi 28 yaşlı futbolçu üçün 300 min avrosundan keçib. Məlumatı klubun saytı yayıb.

 

Qeyd edək ki, hollandiyalı futbolçu 2017-ci ildə Almaniyanın "Nürnberq" klubundan "Qəbələ"yə keçmişdi. Bultuis "qırmızı-qaralar"da altı ay çıxış etdikdən sonra Hollandiyaya Erediviziyasına üz tutmuşdu.

Xəbər xətti